Logo

Rusiyalı jurnalistdən Qarabağ savaşı ilə bağlı dəyərləndirmə

Rusiyalı jurnalistdən Qarabağ savaşı ilə bağlı dəyərləndirmə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya jurnalisti və hərbi eksperti,Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, ehtiyatda olan polkovnik İqor Korotçenko Qarabağ savaşı ilə növbəti paylaşım edib.

Sfera.az ekspertin həmin yazısını təqdim edir:

Hazırda Qarabağda gedən müharibə ilə bağlı böyük analitik material hazırlamağı planlaşdırıram, həmin yazının strukturunu belə görürəm:

1. Müharibə üçün siyasi zəmin (Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra İrəvanın siyasətində və doktrinal münasibətlərdə baş verən dəyişikliklər).

2. Son illərdə Rusiya-Ermənistan münasibətlərində yaranan və hazırkı münaqişədə Moskvanın nümayişkaranə şəkildə tərəfsiz mövqe tutmasına gətirib çıxaran problemlər.

3. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Azərbaycanın iqtisadi və hərbi potensialını süzgün qiymətləndirməməsi və bunun başvermə səbəbləri.

4. Azərbaycanın və Ermənistanın hərbi və hərbi-texniki potensialının təhlili.

5. Mühəribənin ilkin mərhələsində hərbi əməliyyatların gedişatı. Münaqişə tərəflərinin istifadə etdiyi taktika.

6. İnformasiya müharibəsi. Qarşı tərəflərin apardığı informasiya müharibəsinin üsul və metodları. Hədəf və məqsədlər, əldə edilən nəticələr.

7. Xarici siyasət- Bakı və İrəvanın beynəlxalq birliyin rəğbəti uğrunda apardığı mübarizə.

8. Qarabağda aparılan hərbi əməliyyatlarda payız-qış mövsümünün reallıqları.

9. Dağlıq Qarabağ münaqişəsinin perspektivləri: davamı necə olacaq?

(hərbi, diplomatik və siyasi aspekt)

10. Rusiya-Ermənistan münasibətlərinin perspektivləri. İrəvanda yeni siyasi qüvvələrin hakimiyyətə gəlməehtimalı.

11. Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri.

Əlavələrinizi, təkliflərinizi və ümumiyyətlə, materialın struktur və məzmunu ilə bağlı real fikirlərinizi öyrənmək xoş olardı.

Tərcümə etdi: Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR