Logo

Qənirə Paşayeva Ziyəddin Kassanovla görüşdü

Qənirə Paşayeva Ziyəddin Kassanovla görüşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Axıska türkləri ilə, onları birləşdirən təşkilatlarla görüşün hər zaman, hər yerdə bizimçün dəyər kəsb etdiyini bildirdim."

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakıda səfərdə olan Dünya Axıska Türkləri Birliyinin başqanı Ziyəddin Kassanovla görüşdə deyib.

Onun sözlərinə görə, Ziyəddin müəllim Dünya Axıska Türkləri Birliyinin, bütün axıskalıların Azərbaycanın haqlı davasına mənəvi-maddi dəstək göstərməkdən məmnun olduğunu, qürur hissi keçirdiyini bildirib.

Millət vəkili bundan çox şad olduğun qeyd edib.

"Biz soykökü bir, dili bir, adəti-ənənəsi, mənəvi dəyərləri bir olan ayrılmaz qardaşlarıq. Axıskalı qardaşlarımızın bizimçün bu həssas günlərdə, ölkəmizə, ordumuza, müharibədən zərər görən mülki vətəndaşlarımıza dəstək göstərməsi təqdirə, alqışa layiqdir və heç vaxt unutmayacağıq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR