YTB başqanı Abdullah Eren: “Dünya Gəncədə yaşananlara səs çıxara bilmədi..”
Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) başqanı Abdullah Eren ermənilərin hədəf aldığı Gəncə şəhərində olub.
Sfera.az xəbər verir ki, A.Eren Diasporla İş Üzrə Komitəsinin sədri Fuad Muradovla birgə erməni təxribatı nəticəsində ziyan görmüş ərazilərə baş çəkib. YTB rəhbəri bu barədə öz "Facebook” səhifəsində paylaşım edib:
"Ermənistanın terror aktı... Bura can Azərbaycanın ən böyük şəhəri olan Gəncədir. Ermənistan uşaq, yaşlı, qadın yaxud mülki əhali demədən bu bölgəni hədəf alıb. Dünyanın gözləri önündə yaşanan bu vəhşətə təəssüf ki, səs çıxaran olmadı. Daha doğrusu çıxara bilmədilər! Səbəb?”, deyə Abdullah Eren qeyd edib.
Xatırladaq ki, YTB başqanı ötən gün Şəhid general Polad Həşimovun və polkovnik Şükür Həmidovun da ailəsini ziyarət edib.
Sfera.az
Əzizə Zeynal






