MECA Virciniyada humanitar tədbir keçirdi - 10 min dollardan çox ianə toplandı
Sfera.az xəbər verir ki, tədbirdə Şimali Vircinya və D.C. bölgəsində yaşayan Azərbaycan üzvləri tərəfindən hazırlanmış milli yeməklər satılıb və toplanan məbləğın yaxın günlərdə Azərbaycanda ehtiyac sahiblərinə çatdırılacağı, bu haqda əlavə hesabatın ictimaiyyətə təqdim olunacağı bildirilib.
Bundan başqa tədbirdə fərqli etnik mənsubiyyətli təqribən 300 nəfər aktiv iştrak edib. Bir çox qonaq alışlarda əlavə ianələr verib, gələ bilməyənlər isə MECA-nın bu məqsədlə açılmış xüsusi bank hesabına köçürmələr ediblər.
Hazırda nağd ödənişlər 4.147 ABŞ dolları, kartla ödənişlər - 4.174.82 ABŞ dolları, bank köçürmələri – 2.280 ABŞ dolları olmaqla ümumilikdə 10.601.82 ABŞ dolları vəsait toplanıb.
Təşkilatçılar adından əlverişsiz hava şəraitinə baxmayaraq bişirdikləri dadlı yeməklərlə, etdiyi ianələrlə, təşkilati, mənəvi və informasiya dəstəyi ilə iştrak edən bütün təşkilatçı və qonaqlara təşəkkür edilib.
Bildirilir ki, həftəlik yardım kompaniyası davam edir. Qoşulmaq istəyən həmvətənlərimiz Zelle hesabına [email protected] ianə göndərə bilərlər.






