Gədəbəyə qar yağdı – FOTO
Kateqoriya məlum deyil
Gədəbəy rayonuna qar yağıb.
Sfera.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə qərb bölgəsində əsən güclü küləkdən sonra rayona qar yağıb.
Rayon mərkəzinə təxminən 5 sm, kəndlərə isə 10 sm-ə kimi yağıntı düşüb.
Gədəbəy rayon İcra Hakimiyyəti aparatından bildiriblər ki, qar enerji təchizatında və avtomobillərin hərəkətində heç bir çətinlik yaratmayıb.






