Logo

Bərdə terrorunda həlak olan videooperator

Bərdə terrorunda həlak olan videooperator
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə atılan raket nəticəsində həlak olan videooperator Ehtiram İsmayılovun ailəsi, yaxınları onunla bağlı xatirələrini danışıblar.

Sən demə, Ehtiram könüllü olaraq orduya yazılıbmış. Anası Tamam Baxışəliyeva bunu böyük fəxarələr söyləyib

Videooperator sənətinə gənc yaşlarında yiyələnən Ehtiram İsmayılov el-obanın toy məclislərində iştirak edib.

Atası Xəlil Baxışəliyevin sözlərinə görə, oğlu doğulduğu Bərdənin Qarayusifli kəndi ilə yanaşı rayonda da hörmət sahibi olub.

O qeyd edib ki, hadisə zamanı Ehtiram İsmayılovun həyat yoldaşı Aytən və qızı Aysu da ağır yaralanıb. Bu il kollecə qəbul olan Aysu atasının ölümündən hələ də xəbərsizdir.

Qeyd edək ki, oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu "Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 10 nəfərdən çox dinc sakin ağır şəkildə yaralanıb. Ölən şəxslərdən biri də videooperator Ehtiram İsmayılovdur. Hadisədən sonra xəstəxanaya aparılan Əliyeva Almaz Salah qızı bir gün sonra - oktyabrın 28-də dünyasını dəyişib.

Oktyabrın 28-i saat 13 radələrində düşmən yenidən Bərdə rayon ərazisini raketlərlə atəşə tutub. Nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bərdə terrorunda həlak olan videooperator

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR