Logo

Ermənilər cəbhədə bir neçə hərbçisini itirdi, amma... - EKSKLÜZİV

Ermənilər cəbhədə bir neçə hərbçisini itirdi, amma... - EKSKLÜZİV
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qoşunların təmas xəttində əldə olunan atəşkəs rejiminin guya Azərbaycan tərəfindən Talış kəndi istiqamətində pozulması və nəticədə Marat Danielyan adlı bir erməni hərbçisinin güllə yarası alaraq ölməsi barədə Ermənistanın kütləvi informasiya vasitələrində yayılan xəbər tamamilə yalandır.

Bunu Milli.Az-ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Ermənilər cəbhədə bir neçə hərbçisini itirdi, amma... - EKSKLÜZİV

Nazirlik bəyan edir ki, əslində isə həqiqət tamam başqa cürdür: "Bu gün səhər saatlarında cəbhənin şimal istiqamətində hərəkət edən erməni tərəfinə məxsus Zil-131 markalı hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb. Partlayış nəticəsində bir erməni hərbçisi ölüb və xeyli sayda yaralanan var.

Hadisəni Azərbaycan tərəfinin üzərinə yıxmağa cəhd göstərən Ermənistan tərəfi yaralılar haqqında da məlumatı cidd-cəhdlə öz xalqından gizlətməklə bu kimi dezinformasiyalar yayaraq hərbi rəhbərliyin uğursuzluğunu ört-basdır etməyə çalışır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR