Logo

ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı

ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb.

Azərbaycan Ordusu dünyanın ən güclüləri siyahısına düşüb. ANS PRESS-in məlumatına görə, Amerika nəşri olan "U.S. News and World Report" bu barədə məlumat yayıb.

Reytinq siyahısı Azərbaycan dövlət başçısının da iştirak etdiyi Davos iqtisadi forumunda açıqlanıb. İlk üçlükdə 
ABŞ, Rusiya və Çin yer alıb. 

ABŞ-ın hərbi xərcləri ümumdaxili məhsulun 3,5 faizini təşkil edir. İkinci olan Rusiyanın xərcləri 4,5 faizdir. İlk üçlüyü qapadan Çin isə 2,1 faiz göstəriciyə sahibdir. Onların ardınca
Almaniya və Böyük Britaniya gəlir. 

Azərbaycan siyahıda 38-cidir. Ölkəmiz 
Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlayıb. 

ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Azərbaycanda keçirilən hərbi parad - 2013-cü il

Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə də siyahıda qabaqcıl yerlərdən birini tutub. Qardaş ölkə 17-ci pillədə qərarlaşıb. 

Reytinq cədvəli "BAV Consulting" və Pensilvaniya universitetinin əməkdaşlığı ilə hazırlanıb. Sosial sorğu 36 ölkədə aparılıb. Sorğuda minlərlə insan - sadə və biznes, elit təbəqədən olanlar iştirak edib. 

ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Azərbaycanın yeri

Eyni nəşrin ikinci reytinq siyahısında isə ölkələrin turizm sahəsi, innovativ yeniliklər, dünya arenasında nüfuzu və gücü, mədəniyyəti, tarixi irsi, biznesə açıqlığı və əhalinin ümumi həyat səviyyəsi kimi kriteriyalar əsas götürülüb. Siyahıda 60 ölkənin adı var. İlk beşlikdə Almaniya, 
Kanada, Böyük Britaniya, ABŞ, İsveç kimi ölkələr var. 
Siyahının sonunda isə 
Ukrayna və Əlcəzair yer alıb. 

ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
İlk üçlük
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR