Logo

Pediatriya İnstitutuna yeni direktor təyin edildi

Pediatriya İnstitutuna yeni direktor təyin edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Allahverdi Aydın oğlu Musayev K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor vəzifəsinə təyin edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Bildirilir ki, A. Musayev Azərbaycan Tibb Universitetində bakalavr təhsili, Türkiyə Respublikası İzmir şəhəri Ege Universitetində isə ixtisas (Uşaq cərrahiyyəsi) təhsili alıb. Tibb üzrə fəlsəfə doktorudur. Daha öncə Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanası, K.Fərəcova adına ETPİ Uşaq Cərrahiyəsi, Mərkəzi Nefçilər xəstəxanası, Klinik Tibb Mərkəzinin Uşaq Cərrahiyyəsi şöbəsində həkim-cərrah olaraq çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR