Logo

Azərbaycanda kənd yerlərinin inkişafı ilə bağlı qərar

Azərbaycanda kənd yerlərinin inkişafı ilə bağlı qərar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyev 6 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sfera.az xəbər verir ki, fərmana əsasən, Azərbaycanda bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planları hazırlanacaq.

İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə inkişaf planlarına dair metodiki göstərişin 3 ay müddətində hazırlanmasını və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etməlidir.

İnkişaf planlarının hazırlanması və təsdiq olunması şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən həyata keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR