Logo

"Kontakt Home" da Fransa məhsullarını boykot etdi - FOTO

"Kontakt Home" da Fransa məhsullarını boykot etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Kontakt Home" şirkəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa mallarını boykot etməklə bağlı çağırışına qoşulub.

Sfera.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrində məlumat paylaşılıb.

"Qardaş Türkiyə ilə münasibətləri yoluna qoyanadək Fransa istehsalı olan "Tefal", "Alcatel" və digər məhsulların satışını dayandırırıq. Söhbətə "fransız" qalmadıq. Həmişə yanımızda olanın həmişə yanındayıq".

Qeyd edək ki, son günlər Fransada İslam dini əleyhinə atılan addımlar dinlərarası qarşıdurmanı gücləndirib. Müsəlman ölkələrində Makrona qarşı aksiyalar keçirilir, Fransa məhsulları boykot olunur.

"Kontakt Home" da Fransa məhsullarını boykot etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR