Logo

YAP-dan orduya MADDİ YARDIM

YAP-dan orduya MADDİ YARDIM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna növbəti dəstək aksiyasını həyata keçirməyi qərara alıb.
 
Bu barədə Publika.az-a YAP-ın Mərkəzi Aparatından məlumat verilib.
 
Məlumata görə, partiyanın İcra Katibliyində, habelə rayon və şəhər təşkilatlarında çalışan 660 nəfər əməkdaş bir aylıq əmək haqqının 20 faizini Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına köçürmək haqqında müraciət edib.
 
Yeni Azərbaycan Partiyası üzvləri tərəfindən atılmış bu vətənpərvər addım  son zamanlar ermənilər tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə alan və düşmən həmlələrinə layiqli cavab verən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi kimi qiymətləndirilməlidir.
 
Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.
 
Qeyd edək ki, Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və digər zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Ümummilli lider Heydər Əliyevin  müvafiq Sərəncamı ilə yaradılıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR