Logo

Xoşqədəmdən AÇIQLAMA: “Xəzər”ə keçməyim...”

Xoşqədəmdən AÇIQLAMA: “Xəzər”ə keçməyim...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Teleaparıcı Xoşqədəm Hidayıtqızının ANS TV-dən ayrılaraq yeni layihəsi ilə "Xəzər" televiziyasında işə başlayacağı xəbəri doğru deyil.
 
Publika.az xəbər verir ki, ana olmağa hazırlaşan X.Hidayətqızının "Xəzər” TV-nin efirinə çıxacağı ilə bağlı yayılan xəbərlərə sosial şəbəkədəki profilində aydınlıq gətirib: "Mənim sevimli kanalım, ən çətin anımda yanımda olan kanalım. Hər kəsin kanalı ANS-in şüarı necə də bizə yaxındır: "Döyüş alnımıza yazılıb!". Ay dostlar, vallah, yazdığınızı oxumağa vaxtım yoxdur. Eşidirəm ki, həmişə məndən yazırsınız. Lütfən, yazarkən yalan xəbər yazmayın və kimisə ləkələməyə çalışmayın.
 
Çünki o insanlar əldə etdiklərini öz zəhmətləri ilə qazanıblar. Ona görə də zəhmətkeş insanlara haqq etdiklərı dəyəri veriblər. Nəinki mənim, kimsənin haqqını tapdalamayıblar. Allah onlardan razı olsun! Fitnə-fəsadla məşğul olub, kimisə ləkələməyə, ara vurmağa çalışan dostlarımıza da Allah hidayət etsin!”.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR