Logo

Sabirabadda 6 yaşlı uşaqdan ordumuza dəstək

Sabirabadda 6 yaşlı uşaqdan ordumuza dəstək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabirabad rayonunda yaşayan Zeynalovlar ailəsinin azyaşlı övladı nəcib təşəbbüs sərgiləyib.

Sfera.az xəbər verir, xəbər verir ki, ailənin 6 yaşlı övladı, anasını itirmiş Aynur dövlətdən aldığı 233 manat təqaüdü silahlı qüvvələrimizin hesabına yatırıb.

"Azərbaycan bizim anamızdır. Yaşasın Ali Baş Komandan!”, - deyə Aynur bildirib.

Qeyd edək ki, o, anasını 5 il əvvəl itirib.

A.Zeynalovanın atası Həbib Zeynalov isə deyib ki, həyat yoldaşı vəfat etdikdən sonra aldığı təqaüd Aynura verilir: "Yaşının az olmasına baxmayaraq, Aynurun hər bir hərəkətində, danışığında Vətən eşqi duyulur. Aynur bu nəcib addımı ilə bir çox insana nümunədir. Daim Ali Baş Komandanımıza, ordumuza, əsgərlərimizə dua edir, qələbənin yalnız və yalnız bizim olacağını deyir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR