MN Ermənistan Silahlı Qüvvələrinin itkilərini açıqladı - SİYAHI
“Ermənistanın Müdafiə nazirliyinin rəsmi nümayəndəsinin 2015-ci il ərzində silahlı qüvvələrinin ümumilikdə guya 57 nəfər itki vermələri ilə bağlı yaydığı xəbər qeyri-ciddi və saxtadır”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumatda bildirilib.
Məlumata görə, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.
Qeyd olunub ki, yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.
Erməni mətbuatının ordudakı ölüm halları barədə yaydığı məlumatların statistikasının aşağıdakı kimi olduğu bildirilib:
Məlumatda o da vurğulanıb ki, Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır:
“Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.
2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.
Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib”.






