Logo

Sosial evlərin tikiləcəyi vaxt bəlli oldu

Sosial evlərin tikiləcəyi vaxt bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Çox yaxın zamanlarda sosial evlər tikilməyə başlanacaq. Bu il ərzində layihənin həyata keçirilməsi istiqamətində əsas addımlar atılacaq. Ola bilsin ki, sosial evlərin tikintisinə bu ilin axırına yaxın başlansın.
Sfera.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, sosial evlərin inşası ilə aztəminatlı əhali yaxşı şərtlərlə ev sahibi olmaq imkanı qazanacaq.
"Azərbaycanda evə, mənzilə ehtiyacı olan əhali kateqoriyası çoxdur. Azərbaycanda əhali yüksək dinamika ilə artır. Evlənənlər çoxdur, onların mənzillərə ehtiyacı var”, - deyə Ə.Əhmədov bildirib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR