Kontakt Home Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat bağışladı

Kontakt Home Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat bağışladı
 Kontakt Home mağazalar şəbəkəsi "Orduya dəstək” kampaniyası çərçivəsində Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat bağışladı. Bağışlanan məbləğ Qarabağın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə yönləndiriləcək.

Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsi10-16 tarixlərində satdığı məhsullardan əldə edəcəyi nağd gəlirin hamısını hərbçilərin müalicəsinə xərcləyəcəyini öz sosial şəbəkə hesablarında öncədən elan etmişdi. Bu elan həm müştərilər, həm də sosial media izləyiciləri tərəfindən böyük rəğbət qazanmışdı. Kontakt Home öz növbəsində kampaniyaya dəstək olaraq bağışlanmış məbləği daha da yüksəldən müştərilərinə təşəkkür edib.

Xatırladaq ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə Qarabağın azadlığı uğrunda hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bundan başqa, hazırki hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır. Şəbəkə həmçinin səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış 100-dən çox Kontakt Home əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edib.


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...