“İnanmaq istəyirik ki, iki həftəyə yayılmanı azalda bilərik” - Emin Əmrullayev
Kateqoriya məlum deyil
"Son günlərdə koronavirusa yoluxma halının sürətlə artmasını və ölkədəki hərbi vəziyyəti də nəzərə almaqla müvafiq qərar verilib”.
Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, yoluxma sayının artması təhsil müəssisələrində artıma təkan verə bilər: "Bunu nəzərə alaraq iki həftəlik müddətə ölkə ərazisində bütün məktəblərdə tətil elan olunub. İnanmaq istəyirik ki, iki həftə ərzində virusun yayılmasını azalda bilərik.
Sentyabrın 27-dən qonşu Ermənistanın təcavüzü nəticəsində həm təhsil müəssisələri, həm də mülki əhaliyə qarşı raket hücumu həyata keçirilib, cəbhədə 40-a qədər məktəbə ziyan dəyib. 1221 təhsil müəssisəsi bu səbəbdən distant təhsilə keçib”.






