"Virus yayılsa, həkimlərimiz əsgərimizə kömək edə bilməyəcək" - Natiq Cəfərli

"Virus bitməyib, amansız xəstəlik davam edir, can alır, həkimlərimizi məşğul edir. Ordumuzun apardığı Vətən Müharibəsi zamanı hamımız uğurlara sevinirik, amma virus yayılsa, bu, həm ölkəmizə, həm əsgərimizə təhlükədir - ailəsindən kiminsə virusa yoluxduğunu öyrənən əsgər narahat, fikirli olacaq, virus yayılsa, həkimlərimiz əsgərimizə kömək etməli halda viruslu xəstələrə daha çox vaxt ayırmağa məcbur qalacaq".

Sfera.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.

N.Cəfərli hər kəsi qaydalara əməl etməyə çağırıb: "Çox sadə qaydalar var, gəlin adını yadda qalsın deyə 3M qaydası qoyaq: Maska, Məsafə, Məhlul (dezinfeksiya məhlulu).

Əgər bu gün Ordumuza, Əsgərə kömək etmək istəyiriksə 3M Qaydasına əməl edək! Əgər karantin sərtləşsə iqtisadiyyat daha çox zəifləyəcək - Qələbə bahalı nemətdir, bizə bundan sonra daha çox vəsait, daha güclü iqtisadiyyat lazım olacaq. Qələbədən sonra büdcə oğurluğu, korrupsiya xəyanət hesab olunmalıdır, Qələbədən sonra effektiv idarəetmə modeli şərtdir! Yoxsa SSRİ-nin taleyini yaşaya bilərik - SSRİ müharibəni uddu, amma bərbad idarəçilik sisteminə görə cəmi 45 ildən sonra tarixə qovuşdu, məğlub etdiyi Almaniyadan pul dilənməyə, mal-məhsul almağa məcbur oldu, iqtisadi olaraq Almaniyadan onlarla dəfə geri qaldı! Qələbədən sonra indiki iqtisadi və siyasi modeli mütləq dəyişməli olacağıq, bu işdə də əlimizi daşın altına qoyub hakimiyyətlə birgə yeni Yol Xəritəsi işləyib hazırlaya bilərik! Qələbə bizim olacaq! Qələbədən sonra Azərbaycan daha güclü olmağa məhkumdur!"(Pravda.az)


OXŞAR XƏBƏRLƏR