Ermənilərin raket atəşləri yanğına səbəb oldu - FOTO

Ermənilərin raket atəşləri yanğına səbəb oldu - FOTO
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda yerləşən vətəndaşa məxsus fərdi yaşayış evinin bir hissəsinin yanmasına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, mərmi düşməsi nəticəsində Ağdam rayonunda ayrı-ayrı vətəndaşlara məxsus iki ünvanda fərdi yaşayış evi və bir ünvanda təsərrüfat obyektində yanğın baş verib. Yanğınsöndürmə qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.



OXŞAR XƏBƏRLƏR

Rəşad Nəsirova vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ayında öz ərizəsi ilə işdən çıxan sözçüsü Rəşad Nəsirov yeni vəzifəyə təyinat alıb. &n...

Bərdədə 61 yaşlı kişi faciəvi şəkildə öldü

Bərdə sakinini elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir, 1964-cü il təvəllüdlü Feyruz Salahov öz evinin həyətində elektrik naqili il...

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...