Yoluxma artdı: Metro yenidən bağlanacaq? - AÇIQLAMA

Yoluxma artdı: Metro yenidən bağlanacaq? - AÇIQLAMA
Son günlər ölkədə koronavirusa yoluxma sayında kəskin artım müşahidə edilir. Bu isə Bakı metrosunun yenidən bağlanması ilə bağlı məsələni gündəmə gətirib.

Sfera.az-ın məlumatına görə, açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun bağlanması ilə bağlı onlara tapşırıq verilməyib:

"Metronun fəaliyyətinin dayandırılması Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Bizə hazırda metronun bağlanması ilə bağlı hansısa məlumat verilməyib. Yoluxma hallarının artmaması üçün bizim də gördüyümüz işlərin arxasında sərnişinlərin sosial məsuliyyətinin artırılması dayanır. Biz buna görə onlara hansısa cərimələr tətbiq edə bilmərik, yalnız çağırışlarla sosial nəzarəti gücləndirə bilərik. Bundan başqa hər stansiya üzrə gündəlik monitorinqlərimizi də aparırıq. Sərnişinlərin qaydalara riayət etməsi üçün bütün mümkün imkanlardan istifadə edilir. Sərnişinlərin üzərinə də böyük məsuliyyət düşür. Burada aktiv fəaliyyət və ictimai qınaq olmasa, bizim gördüyümüz tədbirlər o qədər də effektli nəticə verməyəcək”.

Bəxtiyar Məmmədov mövcud vəziyyətlə əlaqədar təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı metro stansiyalarının girişində növbə yaranmaması üçün sərnişinlərə müraciət edib:

"Biz stansiyaların girişində istiqamətləndiricilər qoyuruq və davamlı olaraq polislər və metro işçiləri çağırışlar edirlər ki, sərnişinlər sosial məsafəni qorusun. Burada daha çox məsuliyyət sərnişinin üzərinə düşür. Sərnişinlər anlayışla qarşılamalıdırlar ki, hər bir şəxs fərdi qaydada yoxlanılmalıdır və sosial məsafə saxlanılmalıdır. Yoxlama tədbirlərimizin hamısı sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçündür”. /Axar.az

OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...