İşğaldan azad olunan ərazilərdə narkotik plantasiyası aşkarlandı - VİDEO

İşğaldan azad olunan ərazilərdə narkotik plantasiyası aşkarlandı - VİDEO
Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb.

Sfera.az Axar.az-a istinadən xəbər verir ki, bu, bir neçə maraqlı mətləbdən xəbər verir. Yada salaq ki, Cənub və Şərq istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi. Amma bu fakt onu göstərir ki, Ermənistan nəzarətsiz torpaqlardan təkcə narkotranzit məkanı kimi istfadə etməyib. Orada eyni zamanda, narkotika istehsalı da həyata keçirilirmiş.

Güman ki, burada narkotik maddələrin istehsalı təkcə satmaq məqsədilə həyata keçirilməyib. Böyük ehtimalla, nəzarətsiz torpaqlarımızda toplaşan başıpozuq dəstələrin üzvlərini ora həm də narkotika cəlb edirmiş. Yəni müxtəlif etnik qrupları və radikal ideologiyaları təmsil edən terrorçuları Qarabağa çəkib gətirən təkcə pul yox, həm də "narkotika cənnəti” haqda vədlər olub.

Əlbəttə ki, regionda olan erməni əsgərləri və cinayətkar qurumun səfərbərliyə aldığı şəxsləri zombiləşdirmək üçün də narkotika xeyli rahat yoldur. Qorxunu və təhlükə qavrayışını azaldır, "cəsarəti” artırır – aciz əsgərləri hücuma yollamaq üçün başqa nə lazımdır ki?!

Beləliklə, aydın olur ki, Ermənistan hökuməti əsgərinin beynini "formatlamaq” üçün təkcə saxta təbliğatdan yox, həm də daha kəsərli vasitələrdən istifadə edirmiş…
 


OXŞAR XƏBƏRLƏR

Bakıda kişi iki manata görə arvadını döydü

Bakıda işsiz ər iki manata görə arvadını döyüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.   ...

“Klinikadan zəng edib dedilər ki, ölüb, indi də deyirlər, sağdır...”

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.  ...

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur. &n...

Dənizdə batanlardan biri hərbçi imiş - FOTO

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il ...

"Aeroflot" bəzi reysləri ləğv edəcək

Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi...

Ev almaq istəyənlərə ŞAD XƏBƏR: nizamnamə kapitalı artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti...