Paşinyan müxalifləri ön xəttə göndərir

Cəmiyyət
13:02 / 15.10.2020
1252
Erməni müxalif siyasi şərhçi Menua Harutyunyan bu yaxınlarda bildiriş alıb və orduya çağırılıb. Bu fakt bir sıra epizodlarla təəccüblüdür.
Erməni KİV-ləri yazır ki, Harutyunyan hərbi xidmət keçməyib və bəlkə də qoşunların ehtiyatında olmamalı idi, yaxud bu, onun orduya çağırılması məsələsində əngəl olmasa belə, hərbi xidmət keçməmiş 40 yaşlı bir şəxs hərbi baxımdan faydalı ola bilməz, özü də təbiətinə görə 90-cı illərdən əhəmiyyətli dərəcədə fərqlənən və əsasən texnoloji mübarizə olan bu müharibədə.
"Lakin ən diqqətçəkən məqam odur ki, Menua bu müharibə günlərində hakimiyyətə və xüsusən də Paşinyana yönəlmiş kəskin tənqidlə çıxış etdiyi son mətbuat konfransından sonra bildiriş alıb. Əvvəlcə dedi ki, Baş nazirin oğlu həqiqətən də sərhədə çağırılıbsa, bunu faktlarla ictimaiyyətə sübut etməlidirlər. Üstəlik özü də cəbhəyə gedəcəyinə söz verdi, lakin buna qədər Nikol Paşinyanı öz "Mənim addımım”çılarından intiharçılar dəstəsi yaratmağa, dinc dövrdə kamuflyaj və nəcib baxışlarla ön xəttdə selfilər etmək əvəzinə müharibə günlərində sərhədə getmək zamanı olduğuna çağırdı.
Özü də onlarla cəbhəyə gedəcək. Həmçinin müharibə dövründə Nikol Paşinyanı xainlər axtarmamağa çağırıdı, dedi ki, dövlətimizin və xalqımızın xainləri Qərbdən qrant almaqla erməni-rus münasibətlərini korlayan, erməni-rus münasibətlərinə qarşı çıxan "başıpozuq”lardır və o, bizi xainlərdən azad etmək istəyirsə, qoy Milli Təhlükəsizlik Xidmətinin yeni rəhbərinə göstəriş versin, onları dövlət xainləri olaraq həbs etsinlər.
"Ya da bütün anti-ruslardan intiharçılar dəstəsi hazırla və mən öz günahlarımı təmizləmək üçün döyüşərək onları ön xəttə aparacam... Təkar edirəm, erməni-rus münasibətlərinə qarşı türklər mübarizə aparırlar, vəssalam”.
Mətbuat konfransının sonunda o, vəziyyətlə yerindəcə tanış olmaq, bacardığı qədər faydalı olmaq üçün Qarabağa getdiyini bildirdi. Öyrəndik ki, Xankəndidə bir həftə qaldıqdan sonra İrəvana qayıdan kimi bildiriş alır, bildirişə əsasən, ehtiyatda olan hərbi qulluqçu kimi ön xəttə çağırırlar. Demək olar dərhal, bir gün belə itirmədən onu Armavirə aparırlar, hərbi hissələrdən birində bir gün saxladıqdan sonra ön xəttə göndərirlər.
Xatırlatmaq lazımdır ki, Menua hakimiyyətin ən sərt tənqidçilərindən idi və burada təbii olaraq suallar yaranır: məgər Menua Harutyunyanı sərhədə göndərmək üçün meyl var? Əlbəttə, təkzib etməyəcəklər, təkrar edirik, o, yaranmış vəziyyətdə ön xəttdə yararlı ola bilən insanlardan və ya birincilərdən deyildi.
Sirr deyil ki, hərbi vəziyyətin vacib müddəalarından biri də söz azadlığına aiddir, hakimiyyət bütün mümkün vasitələrlə müxaliflərin ağızlarını yumub, istər fərdlər olsun, istərsə də KİV-lər, demək olar cadugərlərin ovu başlayıb və hüquq-mühafizə orqanları mikroskopla hakimiyyətin tənqidçilərini izləyirlər, ya onları izahata çağırırlar, ya da inzibati cəza müəyyənləşdirirlər.
Artıq fikirlər səslənir ki, hakimiyyət öz tənqidçilərini diqqlətlə izləyir və cəbhə xəttinə göndərməyi onları susdurmaq yoluna çevirib. Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanı xatırladaq, o da xidmət etməyib, ancaq onu da orduya çağırıblar. Aydındır ki, hakimiyyət öz tənqidçiləri ilə haqq-hesabı döyüş sahəsinə göndərməkdə görür.
İndi biz bütün bunları nəzərə alaraq deyə bilərikmi ki, hərbi vəziyyət biz KİV-lərin bütün bunlar barədə susmağımız və danışmamağımız üçün sərtləşdirildi?”, - deyə məqalələrdən birində bildirilir.
(ordu.az)