Beynəlxalq təşkilatlar Ermənistanın işğal siyasəti ilə bağlı məlumatlandırılıb

Beynəlxalq təşkilatlar Ermənistanın işğal siyasəti ilə bağlı məlumatlandırılıb
 Milli Məclisin deputatı Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi əstrafında baş verən ən son hadisələr, Ermənistanın işğal siyasəti ilə bağlı bəzi nüfuzlu beynəlxalq təşkilatları məlumatlandırıb. Belə ki, millət vəkili "Sülh və Tolerantlıq üzrə Dünya Konsulluğunun Prezidenti, Cənab Al-Jarvana təşkilatın ilk Azərbaycanlı üzvü kimi rəsmi məktub ünvanlayıb
 
Sfera.az xəbər verir ki, bu barədə K.Nurullayeva özü məlumat verb.
O bildirib ki, dünyada sülhün və tolerantlığın bərqərar olmasına çalışan bu təşkilata Dağlıq Qarabağ həqiqətləri haqqında, erməni təxribatları və humanitar atəşkəs zamanı baş verən müharibə cinayətləri barədə məlumat verilib. Eyni mövzuda məktub Qadın Siyasətçi Liderləri təşkilatının Prezidenti, Xanım Koç-Mehrinə də ünvanlanıb. Sözügedən təşkilatın Azərbaycan üzrə səfiri Könül Nurullayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən ən son hadisələrə, erməni təxribatlarına diqqət çəkib. Münaqişə nəticəsində mülki şəxslərin, eyni zamanda qadınların da ziyan çəkdiyi və həlak olduğu diqqət çatdırılıb.

K.Nurullayevanın eyni zamanda İslam Həmrəylik İdman Federasiyasının İcraçı İdarə Heyətinin üzvü kimi təşkilatın Prezidenti, Şahzadə Əbdüləziz Əl Sauda ünvanladığı məktubda isə bildirilir: "İdman təşkilatlarının siyasət və münaqişədən uzaq olmasına baxmayaraq inanıram ki, bu gün Dağlıq Qarabağ münaqişəsi və haqq səsimiz bütün mümkün platformalarda eşidilməlidir. Bu fonda təşkilatın bizim müraciətimizi qeydə alacağına və Qarabağ həqiqətlərini İslam və idman aləminə çatdıracağına inanıram”.


OXŞAR XƏBƏRLƏR

İmaməddin Əlimanovla bağlı hökm elan olundu

Dövlət əleyhinə yönələn açıq çağırışlarda təqsirləndirilən, xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. ...

Bu gün Xətainin bəzi hissələrində işıq olmayacaq

Xətai rayonunun bəzi hissələrində gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Azərişıq ASC-dən Sfera.az-a ve...

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...