Nazirlikdən xaricdə təhsil üzrə yeni dövlət proqramı ilə bağlı - AÇIQLAMA
Cəmiyyət
14:40 / 16.04.2016
1903
2007-2015 -ci illər ərzində 3558 nəfər xaricdə təhsil dövlət proqramından faydalanıb.
Sfera.az xəbər verir ki, bu sözləri Təhsil nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əlaqələr sektorunun müdiri Nicat Musayev bu gün jurnalistlər üçün təşkil edilmiş treyninqdə deyib.
"2015-2016-cı təhsil ili üçün 273 nəfər adçəkilən proqramdan faydalanaraq xaricdə təhsilə cəlb edilib.
2007-2015 -ci illər ərzində 3558 nəfərdən 1529 nəfəri xaricdə təhsil dövlət proqramı çərçivəsində magistr təhsilə cəlb edilib.
2007-2015-ci illərdə bu proqram çərçivəsində tələbələrin ən çox təhsil almaq üçün getdikləri ölkə Böyük Britaniya və Türkiyə olub.
Son 8 ildə 923 nəfər tibb sahəsi digərləri isə iqtisadiyyat və s sahələr üzrə təhsil alıb.
Bu proqramda ümumilikdə 32 ölkə iştirak edib. Son 3 ildə isə 132 nəfər turizm sahəsi üzrə xaricdə təhsilə cəlb edilib. Hazırda xaricdə Təhsilini başa vurmuş şəxslərin 60%-özəl, 40%-i isə dövlət sektorunda çalışır”.
Nazirliyin rəsmisi onu da əlavə edib ki, bu gün xaricdə təhsil proqramı dayandırılmayıb, sadəcə müddət bir il uzadılıb.
"Bildiyiniz kimi bu proqram 2007-2015-ci illəri əhatə edirdi. Bu proqramın icrasına bir il müddətinə fasilə verilib. Hazırda nazirlik tərəfindən hökumətlərarası müzakirələr aparılır. Dövlət proqtamının dayandırılması barədə yayılan məlumatlar isə yanlışdır. Nazirin sözləri təhrif olonub”.