“Elif Şafakın kitablarının satışdan yığışdırılması ilə qəti razı deyiləm” – Şahbaz Xuduoğlu
Sfera.az xəbər verir ki, Şahbaz Xuduoğlu dardüşüncəli adlandırdığı yazıçını qınasa da, onun əsərlərini satışdan çıxarmayacağını bildirib.
"Elif Şafakın "Twitter”dəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi.
Azərbaycanda onun kitablarının nəşr hüququ "Qanun” nəşriyyatına məxsusdur. Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik.
Hamını "Twitter”ə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm. Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik.
Bizi güclü edən bizim həqiqətlərdir”, - deyə Ş.Xuduoğlu qeyd edib.
Xatırladaq ki, ötən gün Elif Şafak "Twitter” hesabında erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşıb və HDP-nin erməni əsilli deputatına təşəkkür edib. Bu paylaşımından sonra Azərbaycanda kitab satışı ilə məşğul olan əksər mağazalar Elif Şafakın əsərlərinin satışından imtina edib.








