BNA-dan alqışa layiq aksiya - FOTOLAR
Kateqoriya məlum deyil
Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb.
Sfera.az xəbər verir ki, avtobusların üzərinə "Qarabağ Azərbaycandır!” və "Qələbə Bizimlədir!” şüarları yazılıb. Həmçinin üzərlərində dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub.
Bildirək ki, avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, aksiyanın reallaşdırılmasında məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunun daha da artırılmasına töhfə verməkdir.
Qeyd edəki bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.











