Milli Qəhrəmanın oğlu Prezidentə müraciət etdi
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Əsgərov Facebook hesabından dövlət başçısına müraciət edib.
Sfera.azsözügedən müraciəti oxucularına təqdim edir:
"Cənab Prezident, mən, Ceyhun Əsgərov, hamımızın sevimli və əziz ölkəsi Azərbaycanımızın Milli Qəhrəmanının oğlu kimi Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. İnanın, mən və anamın rahatlıq tapmayan ruhu Sizin komandanlığınız altında Salatınkəndin azad olunacağı günü böyük səbirsizliklə gözləyirik.
Bilin ki, Azərbaycan xalqının bir zərrəsi olan mən, eləcə də bütün Azərbaycan Sizin hər bir qərarınızı dəstəkləyirik.
"O alçaqları torpaqlarımızdan it kimi qovmaq lazımdır” fikrinizlə də tamamilə şərikik. Bu mərhələli baş versə də, inanırıq ki, Siz bunu edəcəksiniz.






