Logo

"Dedilər birinci Aygünü öldürün" - Xalq artisti əsir düşmə təhlükəsindən danışdı

"Dedilər birinci Aygünü öldürün" - Xalq artisti əsir düşmə təhlükəsindən danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Komandir dedi ki, deyəsən biz çox getdik. Elə bu sözü demişdi ki, artıq ermənilərin səsi gəldi. Sonra artıq eşidirdik ki, dağdan biri canavar kimi ulayır, biri it kimi ulayır. Bir-birlərinə siqnal ötürürdülər. Başa düşdük ki vəziyyət çox pisdir..."

Sfera.az xəbər verir ki, bu sözləri xalq artisti "Vaxtı gəldi" verilişində deyib. Xalq artisti 90-cı illərdə döyüşdə olarkən əsir düşmə təhlükəsindən danışıb:

"Komandir bir də dedi ki, başa düşdüz yəqin ki, birinci Aygünü vuracaqsız. Həmin an artıq həyatla sağollaşmağa da vaxt qalmır. Ancaq anamın mənə getmə dediyi səhnələr gəldi gözümün qabağına. Barışdım həyatla ki, hər an nəsə ola bilər. Yol bir tərəfli idi deyə. Biz dağı döşü ilə geri qayıtmağa başladıq. Beləcə anam namaz üstündə imiş deyirlər. Mən də elə qurtuldum. Mən istəmirəm kövrəlim. Çünki indi biz başqa ruhdayıq. Lazım gələrsə qadınlarımız da bu işə qarışaraq torpaqlarımızı geri alacağıq. Qarabağ Azərbaycandır!"

Big.az/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR