Logo

Azərbaycanın 2 şəhər və 5 kəndinə giriş-çıxış dayandırılır - RƏSMİ

Azərbaycanın 2 şəhər və 5 kəndinə giriş-çıxış dayandırılır - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Nazirlər  Kabineti "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sfera.az xəbər verir ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR