Logo

Bu gündən Azərbaycanda qripə qarşı peyvəndə start verilir

Bu gündən Azərbaycanda qripə qarşı peyvəndə start verilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gündən  başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək.

Sfera.az-ın məlumatına görə, Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər.

Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.

Kampaniya 1 ay müddətində davam edəcək.

Qeyd edək ki, peyvənd pulsuz olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR