Logo

Hikmət Hacıyev: “Gəncədəki hadisə evimizdən bir neçə yüz metr aralıda baş verib, atam dedi ki...”

Hikmət Hacıyev: “Gəncədəki hadisə evimizdən bir neçə yüz metr aralıda baş verib, atam dedi ki...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Mən, ümumiyyətlə, şəxsi məsələlərlə bağlı müsahibə verməkdən həmişə çəkinmişəm. Mənim atam da Gəncə sakinidir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın ötən gecə Gəncə şəhərini raket atəşinə tutmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, hadisə onların Gəncədəki evlərindən bir neçə yüz metr kənarda baş verib.

"Hadisə də bizim evimizdən bir neçə yüz metr aralıda baş verib. Atam da Gəncə şəhərində yaşayır, Gəncə sakinləri ilə bir yerdədir. Onun 82 yaşı var və mənə dedi ki, Ali Baş Komandanın hər bir əmrinə hazıram”.

Report//

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR