Tərtər istiqamətində döyüşlər davam edir
Kateqoriya məlum deyil
Cəbhədə şiddətli döyüşlər davam edir.
Qaynarinfo xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.
Oktyabrın 10-u səhər saatlarından başlayaraq düşmən Tərtər şəhərini və ətraf kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür, döyüşlər davam edir.
(report)






