Logo

Kişinevdə etiraz aksiyasının iştirakçıları parlament binasına girişi bağlayıblar – FOTO

Kişinevdə etiraz aksiyasının iştirakçıları parlament binasına girişi bağlayıblar – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kişinevdə etiraz aksiyasının iştirakçıları parlament binasının girişini bağlayıblar, bununla yanaşı nümayişə çıxanların sıralarına qoşulanların sayı getdikcə artır, Oxu.Az TASS-a istinadən xəbər verir.

Qeyd edildiyi kimi parlament və hökumət gücləndirilmiş polis kordonları ilə mühasirəyə alınıb.

“Nümayiş iştirakçıları partiya bayraqlarından imtina etmə çağırışına uyaraq, özləri ilə Moldovanın bayrağını gətiriblər.” - agentliyin müxbiri bildirib.

Daha öncə, Moldova prezidenti Nikolay Timofitinin müşaviri Vlad Tsurkanın istefa verdiyi bildirilib.

Onun sözlərinə görə, o, bu qərarı Moldova vətəndaşlarını parlament iclasının keçirilməsinə dair yanlış məlumat verdiyi üçün edib.

Kişinevdə ölkə parlamentinin yanında kütləvi etiraz aksiyaları başlayıb. Etiraz aksiyasının iştirakçıları Pavel Filipin başçılığı ilə yeni hökumətin təsdiqlənməsinə qarşıdırlar. 

Son məlumata görə, etiraz aksiyalarında 15 nəfər xəsarət alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR