Logo

Ukraynanın Sumı Vilayət Deputatlar Şurasının sədrindən Azərbaycanın haqq işinə dəstək - MƏTN

Ukraynanın Sumı Vilayət Deputatlar Şurasının sədrindən Azərbaycanın haqq işinə dəstək - MƏTN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumı Vilayət Deputatlar Şurasının sədri Vladimir Tokar Azərbaycan xalqına ən qısa zamanda ölkədə sülh və sabitliyi bərpa etməyi diləyib.

Sfera.az Vladimir Tokarın yaydığı açıqlamanı diqqətinizə çatdırır:

Ukrayna ilə Azərbaycan arasında həmişə tərəfdaşlıq münasibətləri olub. Dostumuz Azərbaycan Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir.

Odur ki, bu gün də, Azərbaycan Dağlıq Qarabağ və yeddi ətraf rayon üzərindəki suverenliyini bərpa etmək naminə ədalətli mübarizə apardığı bir zamanda, şəxsən mən uzun müddət Bakıda və ölkənin digər şəhərlərində yaşamış bir insan kimi Azərbaycan Prezidenti İlham Əliyevin və bütün Azərbaycan xalqının hərəkətlərini dəstəkləyirəm. Axı Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsi kimi beynəlxalq səviyyədə tanınıb.

Sumı Vilayət Şurasının Sədri və bir siyasətçi kimi hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh dialoqu olmalı və münaqişənin həlli yolu tapılmalıdır. Ermənistanın beynəlxalq hüququ açıq şəkildə pozan və insan tələfatına səbəb olan hücumlarını qınayıram.

Azərbaycanda baş verən hadisələrlə bağlı operativ və səhih məlumat almaq üçün Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu (red. Sumı vilayəti sözügedən konsulluq dairəsinin tərkibindədir) Əfqan Salmanovla mütəmadi əlaqə saxlayıram.

Ukrayna xalqına dost olan Azərbaycan xalqına ən qısa zamanda bu ağır lokal münaqişələrdən xilas olmağı, ölkədə sülh və sabitliyi bərpa etməyi diləyirəm.

Hörmətlə, Sumı Vilayət Şurasının Sədri Vladimir Tokar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR