Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə!
Kateqoriya məlum deyil
Müdafiə
Nazirliyi Silahlı Qüvvələrə yardım edənlərə müraciət edib.
Sfera.az-a daxil olan məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.
Bildirilir ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:
//gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8,
//hesab.az/unregistered/#/direct-pay/charity/merchants.
Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.






