Ermənistan tərəfindən Azərbaycan Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb
Kateqoriya məlum deyil
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb.
Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu //twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir://twitter.com/wwwmodgovaz", nazirlikdən bildirilib.






