“Optimal Elektronika” MMC şəhid müştərilərinin borcunu sildi
Kateqoriya məlum deyil
"Optimal Elektronika” MMC örnək sayılacaq addım atıb.
Sfera.az-a daxil olan məlumatda bildirilir ki, ölkəmizin bu şərəfli dövründə milli ordumuzda vuruşaraq şəhid olmuş əziz şəhidlərimizin "Optimal Elektronika”ya olan bütün kredit borcları bağışlanıb.
"Optimal Elektronika” MMC şəhid ailələrinə və sevdiklərinə başsağlığı diləklərini çatdırıb:
"Canı ilə, qanı ilə vətənimizi, torpağımızı qoruyan, Vətənə borcunu ödəyən şəhidlərimizə olan vəfa borcumuz ödənməz.
İnanırıq ki, qüvvətli Azərbaycan ordusu şəhidlərimizin qisasını alaraq onların qanını yerdə qoymayacaqdır.
Zəfər bizimdir, Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”
www.optimal.az






