Rövnəq Abdullayev şəhid pilotların ailələrinə ev bağışladı
Kateqoriya məlum deyil
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cəbhədə baş verən son hadisələrdə şəhid olan pilotların ailələrinə ev bağışlayıb.
Sfera.az xəbər verir ki, "Qafqazinfo”ya daxil olan məlumata görə, bu addım SOCAR prezidentinin təşəbbüsüdür və şəxsi büdcəsi hesabına verilib.
Mənzillər Bakı şəhərində yerləşir.
Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan pilotlarımız mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılovdur. Pilotlardan başqa, SOCAR prezidentinin Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevin ailəsinə də ev bağışladığı bildirilir.