“Nar” cəbhə bölgəsində olan abunəçilərinin balansına 100 dəqiqə və 100 SMS yükləyib
Kateqoriya məlum deyil
"Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərini
pulsuz danışıq dəqiqəsi ilə təmin edib. Mobil operator sentyabrın 27-dən etibarən
gərgin döyüşlərin getdiyi cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin
balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Məqsəd, torpaqlarımızın
azadlığı uğrunda gedən gərgin hərbi əməliyyatlar dövründə təmas xəttindəki vətəndaşları
kəsintisiz rabitə ilə təmin etməkdir.
Qeyd edək ki, "Nar” Azərbaycan xalqının ruh yüksəkliyinə dəstək məqsədilə, bütün sosial media kanallarında "Nar” loqosunun rəngini Azərbaycan bayrağı ilə əvəz edib. Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırıq. Qələbə bizimdir!






