Logo

Ermənlərin atdığı mərmilər nəticəsində Tərtərə dəymiş ilkin ziyan məlum oldu

Ermənlərin atdığı mərmilər nəticəsində Tərtərə dəymiş ilkin ziyan məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində mülki vətəndaşlara və inzibati obyektlərə dəymiş ziyanın ilkin sayı məlum olub.

Sfera.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Məlumata görə, rayon üzrə 11 məktəbə, 3 uşaq bağçasına, 200-dən çox yaşayış evlərinə, rayon məhkəməsinə, bir çox mülki obyektlərə və daha bir neçə inzibati binaya ziyan dəyib.

Bundan başqa, ermənilərin atdığı top mərmiləri nəticəsində bir neçə kafe və restoran dağılıb.

Qeyd edək ki, dünən - oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Hazırda döyüşlər davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR