Livandan 500-ə yaxın “ASALA” üzvü Qarabağa yollanıb

Livandan 500-ə yaxın “ASALA” üzvü Qarabağa yollanıb
Ermənistan təbliğatının durmadan bütün dünyaya Azərbaycanın Qarabağdakı döyüşlərə Suriyadan muzdlular cəlb etdiyi haqda saxta xəbərlər tirajladığı bir vaxtda düşmən ölkənin tərəfində döyüşmək üçün Livandan yüzlərlə "ASALA” terrorçusunun gətirildiyi məlum olub.

Sfera.az xəbər verir ki, bu haqda Rusiya KİV-ləri yazıb.

Mətbuatın yazdığına görə, Suriya erməniləri, əsasən Bəşər Əsədin tərəfdarları Ermənistanı dəstəkləmək üçün Dağlıq Qarabağa yola düşür. Onları qonşu Livandan olan ermənilər də dəstəkləyir:

"Livan Daxili İşlər Nazirliyinin qapalı informasiyasına görə son günlər bu ölkədən 500-ə yaxın etnik erməni Dağlıq Qarabağdakı döyüş meydanına getmək üçün Livanı tərk edib”.

Xatırladılır ki, Livanda uzun illər türklərə qarşı partizan müharibəsi aparan silahlı erməni qruplaşmaları fəaliyyət göstərib. Məsələn, ASALA terror təşkilatı 1975-ci ildən 1990-cu ilə qədər fəaliyyət göstərib, daha sonra silahlı mübarizədən əl çəkib siyasi mübarizəyə keçdiyini elan edib. (trend)


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...