Cəbhə bölgəsi rayonlarında elektrik enerjisi infrastrukturu atəşə tutulub

Cəbhə bölgəsi rayonlarında elektrik enerjisi infrastrukturu atəşə tutulub
 

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri bu gün də Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturunu atəşə tutub.

Sfera.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Goranboyda 35/10 kV-luq "Xanqərvənd” yarımstansiyasından çıxan 10 kV-luq "Telestudiya” hava xətti, 110/30/10 kV-luq "Naftalan” yarımstansiyasından çıxan 10 kV-luq "Əzizbəyov” və "2-ci Subartezian” hava xətləri dəfələrlə vurulub. Tapqaraqoyunlu kəndində 0.4 kV-lu paylayıcı şəbəkə yararsız haldadır, hələlik vəziyyətlə əlaqədar təmir-bərpa işləri mümkün olmayıb.

Tərtərdə isə 110/35/10 kV-luq "Tərtər” yarımstansiyasından çıxan 10 kV-luq "3 №-li AzGes”, "11 №-li Sarıcalı” hava xətləri, 35/10 kV-luq "Dəmirçilər” yarımstansiyasından çıxan10 kV-luq "3 №-li Borsunlu” hava xətti vurulub və bərpa edilib.

Füzulidə 35 kV-luq "Horadiz-Böyük Bəhmanlı” hava xətti, eləcə də 35/10 kV-luq "Horadiz” və "Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq "Şükürbəyli”, "Qazaxlar”, "Babı” və "Alxanlı” hava xətləri bir neçə yerdən vurulub və bərpa olunub. Şükürbəyli və Alxanlı kəndlərində 0.4 kV-lu paylayıcı şəbəkə isə yararsız haldadır, təmir-bərpa işləri görülür.

Ağdamda 110 kV-luq "Təzəkənd-1”, "Təzəkənd-2”, "Xındırıstan-1” və "Xındırıstan-2” hava xətləri vurulub. Bu xətlərin də bərpası təmin edilib.

Ağcabədidə 110/35/10 kV-luq "Qarabağ ” yarımstansiyasından çıxan 10 kV-luq "Minəxorlu” və 35/10 kV-luq "Qiyamədinli”  yarımstansiyasından çıxan 10 kV-luq "PMK 4” hava xətləri vurulub və bərpa olunub.

Qaz təchizatı ilə bağlı son vəziyyətə görə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatının məhdudlaşdırılması davam edir. Hazırda Füzuli rayonunun 50%-dən artıq hissəsinə təbii qazın verilişi təmin olunub. Tərtər şəhərinin və 51 kəndin, Ağcəbədi rayonunun 25 kəndinin, Ağdam rayonunun isə 1 kəndi və 5 qəsəbəsi istisna olmaqla, 53 yaşayış məntəqəsinin də qaz təchizatı məhdudlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...