Bakı şəhər Dövlət Yol Polis İdarəsi komendant saatı ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bakı şəhər Dövlət Yol Polis İdarəsi komendant saatı ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bakı şəhər Dövlət Yol Polis İdarəsi vətəndaşlara, avtomobil sahiblərinə və sürücülərə müraciət edib.


Sfera.az sözügedən müraciəti təqdim edir:


Bakı şəhərində 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edildiyindən təkrarən bildiririk ki, komendant saatının qüvvədə olduğu müddətddə hər bir hərəkət iştirakçısı xidməti vəsiqə və ya "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkət etməlidir.


Məlumat üçün bildiririk ki, komendant postlarına giriş-çıxış edən hər bir hərəkət iştirakçısı əvvəlcədən gedəcəkləri ünvana olan məsafəni və vaxtı nəzərə alıb, komendant saatı başlayanadək və yaxud işini başa çatdırmayan, eləcə də komendant saatı dövründə xüsusi icazəsi və ya şəxsiyyət vəsiqəsi olmadığı halda qaldıqları (olduqları) ünvanı tərk etməməsi tövsiyyə olunur.


Eyni zamanda komendant saatının tələbi pozulursa, vətəndaş, sürücü, sərnişin müddət bitənədək ərazi polis orqanlarında saxlanılır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri həyata keçirilir.


 

Təkrarən bildiririk ki, fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslərisə 1000 manatdan 1500 manatadək cərimələnə bilər.


 

Bir daha tələblərə uyğun hərəkət etməyinizi əvvəlcədən xahiş edirik.


 

 

 

Bakı şəhər BPİ DYPİ HTT və İQƏB-in rəisi, polis polkovniki: Vaqif Əsədov


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...