Etnik təmizləmə aparanlardan gülünc iddia: cəbhədə uduzan ermənilər ölkəmizdə milli ədavət yaratmağa cəhd edirlər

Etnik təmizləmə aparanlardan gülünc iddia: cəbhədə uduzan ermənilər ölkəmizdə milli ədavət yaratmağa cəhd edirlər
 

Sentyabrın 27-də Ermənistanın ölkəmizə növbəti hücumu ilə başlayan və hələ də davam edən döyüşlərdə ağır itkilərə məruz qalan işğalçı dövlət indi də başqa bir yola əl atır: Azərbaycanda yaşayan milli azlıqlar arasında süni olaraq ədavət yaratmaq niyyətindədir.

Dezinformasiya və yalan emal edən erməni təbliğat maşını gündəmə "yeni mövzu” atıb: Azərbaycan Ordusunun itkilərinin əksəriyyətini guya ölkəmizdə yaşayan milli azlıqlar təşkil edir. 

Sfera.az xəbər verir ki, qondarma, cinayətkar rejimin başçısının mətbuat katibi Vaqram Poqosyan Azərbaycan Ordusunun itkilərinin əksəriyyətini ölkəmizdə yaşayan milli azlıqların təşkil etməsi ilə bağlı iddialarını bu gün keçirilən brifinqdə səsləndirib. Deyib ki, bu "əhəmiyyətli” məlumatı onların kəşfiyyat xidməti verib. Poqosyan bunun qəsdən edildiyini deməkdən də çəkinməyib.

Azərbaycanda milli ədavəti qızışdırmaq, xalqlar arasında nifrət hissi yaratmaq ermənilərin ən böyük arzularından biridir. Özü etnik təmizləmə həyata keçirdiyinə görə hazırda dünyanın ən monoetnik ölkəsi sayılan Ermənistan "milli mənsubiyyət” amilini yenə gündəmə gətirir. Gülməlidir, deyilmi?

Hamımıza məlumdur ki, ermənilər hər zaman bu mövzuya əl atıblar. Bununla biz hələ 90-cı illərdə rastlaşmışdıq. O vaxt, Dağlıq Qarabağ uğrunda ağır döyüşlər getdiyi ərəfədə hiyləgər ermənilər milli zəmində ədavəti qızışdırmaq istəyirdilər. Nəticəsiz qalan səylərini otuz ildir davam etdirirlər. Hazırda gedən müharibədə uğursuzluğa düçar olan düşmən "mübarizəsini” informasiya məkanında davam etdirir ki, bəlkə nəyəsə nail ola.

Qeyd edək ki, bu kimi mövzular Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır. "MediaPost” olaraq, qarşı tərəfin diqqətinə çatdırmaq istəyirik ki, hazırda gedən döyüşlər nəinki çoxmillətli Azərbaycanda yaşayan həmvətənlərimizi, bütün dünya azərbaycanlılarını və türkdilli xalqları birləşdirib. 

Bizdən erməni xalqına məsləhət: "öz gözündə tir görməyən başqasının gözündə çöp axtarır” məsəlini eşitmiş olarsınız. Azərbaycanda sülh içində yaşayanların arasını vurmağa cəhd etməklə sadəcə, vaxt itirirsiniz. 

(mediapost)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...