Ermənistanın Su-25 təyyarəsinin vurulması yalanı onların öz əleyhinə çevrildi

Ermənistanın Su-25 təyyarəsinin vurulması yalanı onların öz əleyhinə çevrildi
 

"Ermənistanın Rusiya ilə Vahid Hava Hücumundan Müdafiə Sistemi Ermənistanı Rusiyadan asılı vəziyyətdə saxlayır” – erməni ictimaiyyəti bu cür düşünür.

Nigeriya xalqının belə bir atalar sözü var – yalan satan əvəzini həqiqətlə ödəyir.

Məlumdur ki, sentyabrın 27-dən işğalçı Ermənistanın ölkəmizə növbəti hücumu başladı və Azərbaycan əks-hücum əməliyyatına keçdi. Hazırda qoşunlarımız erməni işğalçıları üzərində üstünlük əldə ediblər və işğal olunmuş ərazilərimizin bir hissəsi artıq düşməndən təmizlənib.

Belə ağır döyüşlərə tab gətirə bilməyən Ermənistan hökuməti əsas mübarizəni informasiya məkanına yönəldib. Məqsədləri aydındır: Azərbaycanı dünyaya işğalçı kimi təqdim etmək, Azərbaycan Ordusunun müvəffəqiyyətlərinə kölgə salmaq, xalq-ordu-dövlət birliyini zəiflətmək. Bununla yanaşı, strateji məqsədləri də var: Türkiyənin Cənubi Qafqaz siyasətini ləkələmək, Türkiyənin nüfuzunu dünya birliyinin gözündən salmaq, Türkiyə-Azərbaycan müttəfiqliyini zəiflətmək, Cənubi Qafqaz regionunda Türkiyə amilini Rusiyaya təhdid kimi təqdim edərək Rusiyanı müharibəyə cəlb etmək, xaricdən PKK və YPG kimi kürd əsilli terrorçu qrupların döyüşçülərini əraziyə gətirməklə münaqişə coğrafiyasını genişləndirmək.

Təbii ki, alçaq, hiyləgər siyasətin özünə bənzər metodları var: yalan, dezinformasiya, şantaj və falsifikasiya. Ermənistanın hər sözündə, hər addımında bunların şahidi oluruq. Məsələn, belə halları həm "Türkiyənin suriyalı terrorçuları Azərbaycana gətirməsi”, həm də "Türkiyənin F-16 qırıcısının ermənilərin Su-25-ni Ermənistanın hava məkanında vurması” kimi yalanların baş nazir Nikol Paşinyan səviyyəsində dilə gətirilməsində gördük.

Təbii ki, hər iki iddia yalandır və ölkə daxilində yaranan narazılığı və etirazları susdurmaq üçün ortalığa atılıb.

Döyüşlərdəki uğursuzluqlarını "biz Azərbaycanla yox, NATO-nun ən güclü ordularından biri olan Türkiyə ordusu ilə vuruşuruq” yalanları ilə ört-basdır etməyə çalışırlar, erməni təbliğat maşını ordunun zəif və bacarıqsız olmasını gizlətməyə cəhd edir.        

Monqol atalar sözündə deyilir ki, yavaş-yavaş aldatmaqla yalançı, yavaş-yavaş mənimsəməklə isə oğru olursan. Maraqlıdır ki, cümlənin hər iki hissəsi ermənilərin bu gün etdiyi hərəkətlərin mahiyyətini ortaya qoyur. Amma Paşinyan hakimiyyətinin yalanları Paşinyanın özünün əleyhinə çevrildi.

"MediaPost” Ermənistanda dərc edilən "Ermənistan Respublikası” qəzetinə istinadən bildirir ki, Su-25 təyyarəsinin "vurulması” məsələsi artıq ölkə daxilində bir sıra suallar yaradıb. Ən vacibi isə bu sualdır –  Ermənistanın hava məkanı Rusiya ilə Vahid Hava Hücumundan Müdafiə Sistemi vasitəsilə qorunduğu halda, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Ermənistan təyyarəsini necə məhv edə bilər ki?

Məntiqlə, yəni Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü nəzərə alsaq, "məhvetmə” faktı erməni hava məkanında baş verməsəydi belə, F-16 qırıcısı erməni təyyarəsinə zərbə endirə biləcək məsafəyə yaxınlaşanda artıq Vahid Hava Hücumundan Müdafiə Sistemi avtomatik olaraq işə düşməli idi.

Göründüyü kimi, Ermənistan rəhbərliyinin məntiqli düşünmə qabiliyyəti yoxdur, bu səbəbdən də öz yalanlarına özləri cavab verməli olurlar. Cavab isə bizim, yəni Azərbaycan tərəfdən də çox, ermənilərin özlərinə maraqlıdır.

Bugünkü gündə erməni ictimaiyyəti öz Müdafiə Nazirliyinə üz tutaraq cəmi bir sual verir: Vahid Hava Hücumundan Müdafiə Sisteminin Ermənistanın müdafiəsini təmin etməsi barədə verilən bəyanatlar reallığı, həqiqəti əks etdirir, yoxsa bu, sadəcə kağız üzərində yazıdır?

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: "Rusiyaya etibarımızı itirmişik” deyən Nikol Paşinyandan soruşun ki, "müstəqil” Ermənistanın müdafiəsini və təhlükəsizliyini kim təmin edir? Sizin "məğlubedilməz” ordunuz? Xaricdəki diasporlarınız? Yoxsa, kürd terrorçu qruplaşmalarının döyüşçüləri? Və ya Rusiya?

Rusiyadırsa, onda təyyarənin Ermənistan hava məkanında vurulması məsələsinə qayıdaq –  belə çıxır ki, Rusiya Ermənistanı kimdən, nə vaxt müdafiə edib-etməməklə bağlı qərarı özü verir. Necə deyərlər, pul verən musiqini də sifariş verir.

(mediapost)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...