Hikmət Hacıyev cəbhədəki son vəziyyətdən danışıb

Hikmət Hacıyev cəbhədəki son vəziyyətdən danışıb
 

"Cəbhə xəttində vəziyyət yenə də gərgin olaraq qalmaqda davam edir. Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın təxribatlarına qarşı əks-hücum və əks-həmlə əməliyyatları həyata keçirilməkdədir”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global”a müsahibəsində bildirib.

 

O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin hədəfə alınması davam edir:

 

"Hətta Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisinə iki raket atılıb. Artıq Azərbaycanın işğal olunmuş ərazilərindən deyil, Ermənistanın öz ərazisindən Azərbaycan torpaqlarına, Silahlı Qüvvələrimizə və mülki əhalimizə qarşı hücumlar həyata keçirilir. Bu hücumlar məqsədli olaraq Ermənistan silahlı qüvvələri tərəfindən ağır artileriyadan istifadə olunmaqla həyata keçirilir. Bunu da biz hərbi cinayət olaraq qiymətləndiririk”.

 

H.Hacıyev qeyd edib ki, ancaq Ermənistandan fərqli olaraq Azərbaycan mülki, sivil insanlara qarşı müharibə aparmır.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...