Barselonadakı Azərbaycan Cəmiyyətinin sədrindən açıqlama: “Ermənilər burada təxribata hazırlaşır”

Barselonadakı Azərbaycan Cəmiyyətinin sədrindən açıqlama: “Ermənilər burada təxribata hazırlaşır”

Bu gün ermənilər İspaniyada Türkiyə Baş Konsulluğunun qarşısında mitinq keçirəcək.


Bunu Sfera.az-a Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov bildirib. Diaspor nümayəndəsi düşmən tərəfin cəbhədə baş verən hadisələrlə bağlı toplaşacağını qeyd edib:


"Bu gün yerli saatla 16:00-da Kataloniyada yaşayan ermənilər Barselonadakı Türkiyə Baş Konsulluğunun qarşısında mitinq edəcəklər. Yenə onlar öz yalanlarını yerli camaata çatdırmaq niyyətindədir.

 

Biz burda yaşayan soydaşlarımızla əlaqə saxlayıb bildirdik ki, həmin vaxt həmin ərazidən uzaq olmaları yaxşıdır. Çünki onların təxribata əl atacağı ehtimalı yüksəkdir. Buna baxmayaraq biz İspaniyada Azərbaycanın bu müharibədə olan haqq səsini yerli xalqa, dövlət qurumlarına çatdırmağa çalışırıq. Gələcəkdə də əlimizdən gələni edəcəyik, təki 30 illik işğala son qoyulsun, Qarabağ geri qaytarılsın”.

 

Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR