Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırdı

Kontakt Home cəbhəyə yollanan hər bir əməkdaşın ailəsinə 500 manat yardım ayırdı
 

Ölkənin ən böyük riteyl şəbəkələrindən olan Kontakt Home səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış hər bir əməkdaşının iş yerlərini və əmək haqlarını tam saxlamaqla bərabər, onların ailələrinə 500 manat məbləğində birdəfəlik yardım ayırıb.

Şirkət indiyədək və bundan sonra da hərbi təlimlərə cəlb olunan bütün əməkdaşların hərbi çağırışda olduğu müddətdə iş yerlərini saxlayacaq və əmək haqlarını 100% ödəməyə davam edəcək. Hazırda ölkə vətəndaşları kimi şirkətin əməkdaşları da xüsusi toplanışlara çağırılır.

"Kontakt Home-un əsas kapitalı dəyərli əməkdaşlarımızdır. Odur ki, şirkət rəhbərliyi indi və hər zaman əməkdaşlarının yanındadır” deyə şirkətdən bildirilib.

Qeyd edək ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şirkət cəbhə bölgəsində yarana biləcək qan ehtiyacını nəzərə alaraq, ölkədə olan qan rezervlərinin artırılması məqsədilə əməkdaşlarını Mərkəzi Qan Bankında könüllü qan vermə aksiyasına cəlb edir. Şirkət həmçinin Qarabağın Azərbaycan ərazisinin ayrılmaz parçası olduğunu və bu mövzuda hər bir vətəndaşla həmrəy olduğunu bildirmək məqsədilə müştərilərə təqdim etdiyi qəbzlərin hər birində "Karabakh is Azerbaijan. 20% of my territory is occupied by Armenia” (Qarabağ Azərbaycandır. Ərazimizin 20%-i Ermənistan tərəfindən işğal olunub) yazısı əks etdirib.

 


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...