Logo

Daha 10 erməni əsgəri itkin düşüb – ADLAR

Daha 10 erməni əsgəri itkin düşüb – ADLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi aprelin 2-dən başlayan hərbi əməliyyatların gedişatında itkin düşmüş hesab edilən erməni hərbçilərinə dair məlumat toplayır. 
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir. 
Qeyd edilir ki, cəsədlərin dəyişdirilməsi nəticəsində Azərbaycan tərəfi itkin düşdüyü hesab edilən 18 hərbçinin qalıqları Ermənistana gətirilib. 
Bununla yanaşı, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sülhməramlı proqramların koordinatoru Armina Sadikyan "Birinci İnformasiya” ilə söhbətində bildirib ki, onlarda harda olması məlum olmayan 10 hərbçi haqqında məlumat var. Bu əsgərlərin valideynləri onlar haqqında heç bir məlumat ala bilmirlər. 
Sadikyanın sözlərinə görə, hazırda Yeqnikner və Cəbrayıl hərbi hissələrinin 10 hərbçisinə dair məlumat yoxdur. Bu, Yeqniker hissəsinin əsgərləriAstvastatur Sarqsyan, Ovannes Arutyunyan, Serob Aleksanyan, Xaçik Xaçatryandır. 
Xankəndindən Roma adlı hərbçi də axtarılır, o, Cəbrayılda gümrülü komandirAlik Arakelyan ilə olub, onun haqqında da heç bir məlumat yoxdur. 
Cəbrayıllıda xidmət edən gümrülü Onik haqqında da artıq 10 gündür ki, heç bir məlumat yoxdur. İşğal edilmiş Dağlıq Qarabağda xidmət edən Artur Yesayan haqqında da qohumları 10 gündür ki, heç bir xəbər almırlar. 
Yeqnikerdə xidmət edən Arman Qabrielyan və Ovsep Qabrielyan ilə valideynləri rabitə vasitəsilə əlaqə saxlayıblar, vasitəçilər vasitəsilə onların yaxşı olduğunu öyrəniblər, amma dəqiq məlumat yoxdur. 
Ermənistan Müdafiə Nazirliyindən taleyi barədə heç bir məlumatın olmadığı yalnız bir hərbçi haqqında bildiriblər. Söhbət Talışda itkin düşmüş 23 yaşlıArqişti Qaboyandan gedir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR